Bakının Binəqədi rayonunda yanğın başlayıb.
Medianews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Yanğının boya zavodunda baş verdiyi bildirilir.
***
APA-nın məlumtına görə, yanğın Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.