“Daqqılı” ləqəbi ilə tanınan blogerin sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, Ziliş Cəfərov adlı bloger yedən karantin qaydalarını pozub.

O, tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs edib.

Xatırladaq ki, bloger bir müddət öncə nəqliyyat vasitələrində intizamsız davranışlarıyla əlaqədar olaraq saxlanılımışdı.

Səbail Rayon məhkəməsinin qərarı ilə Z.Cəfərov 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilmişdi.

Qeyd edək ki, Z.Cəfərov sosial şəbəkələrdə “Daqqılı” ləqəbi ilə tanınır və bloger fəaliyyəti ilə məşğul olur.