“Güzgünü tanıdığım gündən mən rəqs üçün, səhnə üçün dünyaya gəldiyimi hiss etdim və sənətimlə fəxr edirəm”.

Medianew.saz Primetime.az-a istinadla xəbər verir ki, bu sözləri Canka ləqəbli rəqqasə öz müsahibəsində deyib. İxtisasca ingilis dili müəlliməsi olan Canka səhnədə özünə heç kimi rəqib görmədiyini söyləyib. O, digər həmkarları ilə olan münasibətdən də söz açıb:

“Hər rəqqasənin özünəməxsus rəqsi var. Mən Azərbaycandakı tək rəqqasəyəm ki, “Mujra” (oxuya-oxuya rəqs etmək) rəqsini bacarıram və məni Hindistan, Pakistan kimi ölkələrdə tanıyırlar. 2 dəfə ilin Beynəlxalq rəqqasəsi adına layiq görülmüşəm. Renka xanıma gələndə isə onu bir ana kimi çox sevirəm. 1-2 dəfə qarşılaşmışıq. Amma münasibətimiz yoxdur”.

Təranə Qumralın qardaşı qızı:

Rəqqasəliyin çətinliyindən söz açan Canka onu peşəsinə görə qınayanlara da cavab verib:

“Başa düşmürlər ki, rəqs bir sənətdir və bunu hər kəs bacarmır. Düzdü, bu gün əyninə oriyental paltar tikdirən rəqs etməyə başlayır. Baxıb sadəcə gülürəm. Sənətimizin adına xələl gətirirlər. Qaldı ki, mənim şərtlərimə, bəli, mən şabaş üçün stollara yaxınlaşmıram. Stol-stol gəzmirəm. Mənim yerim səhnədi. Məclislərdə həmişə gözəl aurayla rastlaşmışam. Nədənsə, xanımlar hər zaman məni sevir. Bəlkə də, bu, onların bəylərinə yaxınlaşmadığıma görədir”.

Son zamanlar mətbuatda müğənni Təranə Qumralın Cankanın bibisi olduğu, amma münasibətlərinin bir o qədər də yaxşı olmadığı bildirilir:

“Bəli, Təranə xanım mənim bibimdir və deyilənlərin əksi çox gözəl münasibətimiz var. Təranə xanım mənim üçün ikinci anadır. Hər zaman mənə dəstəkdi, arxamdadı. Deyirlər ki, bibim mənə dəstək olmur. Axı hardan bilirsiniz? Bibim hər zaman mənim yanımdadır.

Qohum olmağımızı gizlətməyimin bir səbəbi yoxdur. Sadəcə bununla gündəmə gəlmək istəməmişəm. Tək başına ayaqlarım üstə durmaq istəmişəm. Çox şükür, indi də belədi. Əslində, məndən olsa, istəməzdim yenə də bu barədə xəbərlər yayılsın. Sadəcə Təranə xanımın bir videosunu gördüm. Orada ağlayırdı. Mən də baxdım, kövrəldim. Bunu yaxınlarım videoya çəkib paylaşmışdı. Hətta bəzi ağzıgöyçək insanlar şərhlər yazdı ki, guya bibim məni istəmir deyə ağlayıram. Çox gülməlidilər”.

Canka bəzi jurnalistlərdən olan narazılığından da bəhs etdi:

“Son zamanlar haqqımda çox sayda səhv məlumatlar paylaşıldı. Bəzi dırnaqarası jurnalistlər mənim haqqımda bilib-bilmədən bəzi xəbərlər yazdı. Sözüm əsl jurnalistlərdən kənar, bu tip adamları anlamıram. Müsahibə vermək istəməməyimə görə həmin adam mənim haqda mənə aidiyyəti olmayan şeylər yazdı. Bunu o şəxslərə halal etmirəm. Vicdanı olan şəxs yalan yazmaz. Sizi vicdanınızla baş-başa buraxmışam”.

Təranə Qumralın qardaşı qızı: