Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev vəzifəsindən istefa verib.

Medianews.az-ın “MediaPost”a istinadla verdiyi məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev bir neçə gün öncə qardaşı narkotiklə həbs olunduğu üçün o, bu addımı atmağa məcbur olub.

Qeyd edək ki, A.Hacıyevin qardaşı 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin 25 iyul tarixində keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.