Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) 45 səlahiyyətli şəxsi koronavirus testindən keçib.

Medianews.az-ın “MediaPost”a istinadən məlumatına görə, koronavirus testindən keçənlər arasında QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və onun müavinləri də var.

Ümumilikdə verilən testlərin hər birinin cavabı neqativ çıxıb.

Amma buna baxmayaraq, Allahşükür Paşazadə hər həftə koronavirus testindən keçəcək.