Türkiyənin məşhur cütlüyü, müğənni Kənan Doğulu ilə aktrisa Beren Saat boşanma iddialarına cavab veriblər.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Doğulu gəzən şayiələrin tamamilə yalan olduğunu deyib: “Biz bir açıqlama vermədən bu xəbərlərin heç birinə inanmayın. Xahiş edirik! Biz də yoruluruq, siz də. İnsanlar belə xəbərlərdən məyus olurlar”.
Beren Saat isə aylar sonra konsert verən Kənan Doğulu ilə bağlı paylaşım edib və boşanma xəbərlərinə nöqtə qoyub.