Rusiyada gimnastika üzrə olimpiya çempionu Karolina Sevastyanovanın “Instagram” hesabında paylaşdığı fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Bu barədə Lenta.ru xəbər yayıb.
Birinci şəkildə Karolina dar losində poz verib, ikincidə isə eyvanda şpaqat açıb. Bəzi istifadəçilər 25 yaşlı idmançının bədən quruluşuna heyranlıqlarını bildirsələr də, digərləri, əksinə, tənqid edib, “Hamilə qadına bənzəyirsən”, “Voloçkovaya oxşayırsan. Bu lazımsız şpaqatları dayandır” kimi şərhlər yazıblar.