“Liverpul” klubu 30 ildən sonra futbol üzrə İngiltərə Premyer Liqasının qızıl medallarını təmin edib.

“Qırmızılar” tarixdə 19-cu ölkə çempionluğuna sona 7 tur qalmış nail olub. Premyer Liqanın XXXI turunda ən yaxın izləyicisi “Mançester Siti”nin “Çelsi” ilə səfər matçında xal itirməsi (2-1) 86 xala malik “Liverpul”u əlçatmaz edib.

Londondakı “Stemford Bric” stadionunda keçirilmiş qarşılaşma meydan sahiblərin qələbəsi ilə yekunlaşıb.