“Koronavirus peyvəndləri üzərində iş gedir”.

Medianews.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda 10 peyvəndin üzərində iş aparılır, 1 peyvəndin üzərində isə iş sonuncu mərhələdədir.