Türkiyədə koronavirusa (COVID-19) yoluxanların və ölənlərin sayında artım olub.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Nazir şəxsi sosial şəbəkə hesabı vasitəsilə verdiyi açıqlamada qeyd edib ki, bu gün daha 24 nəfər ölüb.

O qeyd edib ki, son 24 saatda 53486 şübhəli koronavirus testindən keçib, onlardan 1492-nin cavabı pozitiv çıxıb. Bu gün 1386 xəstə sağalıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 5025 nəfər ölüb, 191657 nəfər bu infeksiyaya yoluxub, 164234 nəfəri isə müalicə olunub.