Astronomlar əvvəllər müşahidə olunmayan astronomik cisim tapıblar.

ABŞ və İtaliyada qravitasiya dalğa detektorlarının köməyi ilə beynəlxalq qrupun etdiyi ixtiranın təfərrüatı “The Astrophysical Journal Letters” jurnalında dərc edilib.

Cismin “neytron ulduz” adlanan ən böyük sönən ulduzdan daha böyük, ən kiçik məlum qara dəlikdən daha kiçik olduğu bildirilir.

Kosmosda kainatdakı böyük cisimlərin toqquşması nəticəsində yaranan ani dalğalanmaları aşkarlayan detektorlar 2019-cu ilin avqust ayında Günəşdən 23 dəfə böyük qara dəliyin Günəşdən 2,6 qat böyük bir cisimlə toqquşduğunu müəyyən ediblər.

Cismin kiçik qara dəlik olduğu təxmin edilsə də, digər ehtimallar da nəzərdən keçiriləcək.

Kainatda qara dəlikdən sonra ən sıx cisimlər arasında olan neytron ulduzun bir çay qaşığına bərabər olan hissəsinin Yer kürəsində 4 milyard ton ağırlığa sahib ola biləcəyi bildirilir.