Cümə axşamı, 25 Aprel 2024

Azərbaycanlı məşhur sevgilisini bıçaqlayıb – FOTO

Türkiyədə yaşayıb-fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva qalmaqallı şəkildə ayrıldığı sevgilisi Taha Tatlıcını bıçaqlayıbmış.

BAKU.WS Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə mart ayının 19-da Günayın yaşadığı evdə baş verib.

Sevgililər əvvəlcə əylənməyə getdikləri məkanda mübahisə ediblər. Evə getdikdən sonra mübahisə davaya çevrilib. Taha Günayı vurub. Həmin an evdə olan Günayın 6 yaşlı oğlu anasının döyüldüyünü görüb ağlayıb. Oğlunun ağladığını görən Günay özünü müdafiə etmək üçün masanın üzərindəki meyvə bıçağı ilə özünü müdafiə etməyə başlayıb. Nəticədə Taha qolundan yaralanıb.

Yaralı sevgili xəstəxanaya gedərək orada Günay Musayevə tərəfindən bıçaqlandığını bildirib və polisə şikayət edib. Musayevə barəsində silahlı yaralama davası açılıb. Maniken dindirilmələrə getməyincə isə barəsində saxlanılma əmri çıxarılmışdı. Günay polisə getdikdən sonra saxlanılma qərarı aradan qaldırılıb.

Azərbaycanlı məşhur sevgilisini bıçaqlayıb - FOTO

Hakim qarşısına çıxan Günay sevgilisinə bıçaq xəsarəti yetirdiyini etiraf edib:
“Hadisənin baş verdiyi gün sevgilimlə restoranda yemək yedik, spirtli içki qəbul etdik. Daha sonra mənim evimə getdik. İçkinin təsirindən mübahisə etdik. Taha məni vurdu. Masanın üzərində meyvələrin yanında olan bıçağı əlimə alıb özümü qorumağa başladım. Üstümə gəlincə qolundan yaralandı. Amma sonra barışdıq. Məhkəmənin ədalətli qərar verəcəyinə inanıram”.

Azərbaycanlı məşhur sevgilisini bıçaqlayıb - FOTO

DAHA ÇOX OXU

Xəbər lenti