“Azərreyl” daha bir voleybolçunu transfer edib.

Oxu.Az xəbər verir ki, Bakı klubu amerikalı Kazmier Braunla bir illik müqavilə bağlayıb.

Kaz Braun kimi tanınan 23 yaşlı voleybolçu 2014-2018-ci illərdə ABŞ-ın “Kentukki Yuniversiti”, 2018/2019 mövsümündə Almaniyanın “Münster” və ötən mövsüm Ukraynanın “Ximik” klublarının şərəfini qoruyub.

Beləliklə, yeni mövsümdə ölkəmizi avrokubokda təmsil edəcək “Azərreyl”də transferlərin sayı dördə çatıb. Voleybolumuzun flaqmanı daha öncə slovakiyalı Romana Hudetsova, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə bir illik anlaşma əldə edib.