“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyevanın anası koronavirusa yoluxub.

“Qafqazinfo”ya məlumatı təsdiqləyən TƏBİB rəsmisi bildirib ki, anasından götürülmüş COVİD-19 testinin cavabı müsbət çıxıb. Artıq o, xəstəxanada müalicə olunur:

“Son vaxtlar ailəmlə yaxın kontaktım olmayıb. Digər ailə üzvlərimizdən də koronavirus testi götürülüb”.