Rusiyanın məşhur “Dom-2” realiti şousunun qalmaqallı iştirakçılarından olan cazibədar model Lera Frost 10 milyon rubl dəyərində (244 min manat) dəbdəbəli mənzil alıb.
Oxu.Az xəbər verir ki, mənzil “Odintsovo” rayonunda, bir çox şou-biznes ulduzlarının yaşadığı “Rublevka” və “Yeni Riqanın” yaxınlığında yerləşir.
Realiti şounun digər keçmiş iştirakçılardan fərqli olaraq, Lera layihəyə qayıtmağa çalışmır. Çünki onun işləri şouda kənarda da mükəmməl gedir.
“Yer seçimi təsadüfi deyil, çünki ətraf mühit mənim üçün vacib məqamlardan biridir. Təmiz hava, meşə, təbiət qoruğunun mənzilin yaxınlığında olması inanılmaz dərəcədə gözəldir. Anamı Moskvaya aparmağı planlaşdırıram, buna görə hər şeyin yaxın olması mənim üçün çox vacibdir”, – deyə L.Odintsova bildirib.
Pandemiya dövründə maddi imkansızlıqdan gileylənən bir çox məşhurlardan fərqli olaraq Lera məzili illərlə qazanıb, yığdığı pullar hesabına aldığını vurğulayıb.
Qeyd edək ki, dekabr ayında 26 yaşı tamam olan Leraya modelin sevgilisi 3,5 milyon rubl (85400 manat) dəyərində “Cartier” brendinə məxsus üzəri yüksək karatli brilliantlarla bəzədilmiş üzük hədiyyə edib.