Ermənistan parlamentinin 87 üzvü “Çiçəklənən Ermənistan” Partiyasının lideri, iş adamı və deputat Qarik Çarikyanın deputat toxunulmazlığının ləğvinə səs verib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, parlamentin ikinci böyük fraksiyasının rəhbərinə qarşı çıxanların böyük əksəriyyəti Nikol Paşinyanın liderlik etdiyi Mənim addımım fraksiyasının üzvləridir. Beləliklə, parlament prokurluğun müraciətinə əsasən, Paşinyanın əsas rəqibi, üç maddə ilə ittiham olunan Çarukyanı deputat mandatından məhrum edib.