Milli komandamızda çıxış etmiş, “Keşlə” klubundan yenicə ayrılmış futbolçu Ruslan Qurbanov aldadıldığını etiraf edib.

Oxu.Az xəbər verir ki, o, “Instagram” hesabından paylaşdığı postda 1300 dollara aldığı orijinal geyimlərin keyfiyyətsiz çıxdığını bildirib:

“1300 dollara gödəkçə və idman ayaqqabısı almışdım və məni aldatmışdılar!

1) Biz hamımız gözəl geyinməyi, dəblə ayaqlaşmağı sevirik. Kimsə özünə geyimin originalını məsləhət bilər, kimsə yox. Əksəriyyət şıq görünmək istəyir, xüsusən bu günlərdə.

2) Orijinal əşyanı alan insan məhsula əhəmiyyət vermir, onu yalnız görünüşü maraqlandırır. Çoxları başa düşmür ki, pulu yalnız məhsulun adına görə ödəyirlər.

Ötən il “Armani” idman ayaqqabısını yerli bir mağazadan 500 dollara almışdım. Heç bir il keçmədi, rəngini itirdi. Ordan həm də 800 dollara bir gödəkçə almışdım. Bir neçə aydan sonra yırtılmağa başladı və rəngini tamamilə itirdi, onu yumaq belə mümkün olmadı”.