Azərbaycanın böyük sənətkarı Hamlet Xanızadənin həyat yoldaşı Nailə Xanızadə vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Akademik Milli Dram Teatrının (“Azdrama”) mətbuat katibi Cavid Zeynallı məlumat verib.

N.Xanızadə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR-nin əməkdar artisti Hamlet Xanızadə isə 20 Yanvar faciəsindən qısa müddət sonra – 1990-cı ilin fevralın 3-də 48 yaşında ürəktutmasından dünyasını dəyişib.