Əksər qadınların gündəlik həyatının ayrılmaz hissəsini zorakılıq qarşısında daimi qorxu təşkil edir.

Lenta.ru-nun məlumatına görə, “TikTok” istifadəçisi Sarah Biggersin başlatdığı fləşmobdan bu məlum olub.

“Xanımlar, mənə elə gəlir ki, gerçəkliyimizlə bağlı həqiqəti üzə çıxarmalıyıq”, – deyən Biggers, özünün qarşılaşdığı xoşagəlməz detalları sadalayıb və sadaladıqca da barmağını büküb. O, eyni şeyləri yaşayan tamaşaçılardan da fləşmobda iştirak etməyə çağırıb.

Sadalananlar arasında cinsi təcavüzə məruz qalmaq, yaxud kişi ilə yataqda olarkən imtina etməkdən qorxduqları üçün istəmədikləri şeyi etmək məcburiyyətində olmaq da var.

“TikTok” istifadəçisi həmçinin arxasında qaçan kişi görəndə qorxu keçirən qadınlara barmaqlarını bükməyi təklif edib.

Müdafiə vasitələri və ya bibər qazı flakonu olmadan avtomobilə getmək qorxusu, avtomobildə olan arxa oturacağın mütləq yoxlanılması və dərhal qapıların kilidlənməsi sadalanan qadın gerçəklərindən olub.

“Əgər səni, dostlarını narkotikə aludə ediblərsə, izlənibsinizsə, barmağınızı bükün”, -deyə o, bildirib.

Qadın istifadəçilər onun paylaşımına yazdıqları şərhlərdə demək olar ki, bütün barmaqlarını bükdüklərini etiraf ediblər.

Həmçinin sosial şəbəkənin digər istifadəçiləri də oxşar videoları hazırlayıblar.

Biggers kişilərə nifrət etmədiyini vurğulayıb. O bu videonu qadın reallığını nümayiş etdirmək üçün hazırladığını deyib.

Kişilər üçün qadınların bu reallığı sürpriz olub.

“Bu həqiqəti öyrənmək ağrılıdır və kədərləndirir. Həm də də əsəbiləşirəm. Mən çox, çox, çox təəssüf edirəm. Qadınların mənim kimi yaşamadığını başa düşməyim üçün 40 il lazım oldu”, – deyə istifadəçilərdən @quiet_lee yazıb.