Apple şirkətinin qurucusu Stiv Cobsun keçmiş müaşviri Coanna Hoffman “Facebook” şirkətini sərt şəkildə tənqid edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, xanım Hoffman bununla bağlı fikirlərini CNBC kanalında səsləndirib. Keçmiş müaşvir “Facebook” şirkətinin sahib olduğu sosial şəbəkə platformalarının cəmiyyətdə yaratdığı bədnam təsirlərə görə məsuliyyət daşıdığını qeyd edib.

“Mən Facebook-a baxanda düşünürəm ki, onar həqiqətənmi belə cahildirlər, yoxsa bilmədiyimiz qaranlıq motivlər daşıyırar deyə öz-özümə sual edirəm”,-Coanna Hoffman bildirib.

Buna rəğmən “Apple”ın keçmiş yüksək rütbəli təmsilçisi “Facebook”un nailiyyətlərini də qeyd etməyi unutmayıb. Lakin onun fikrincə, nəhəng sosial şəbəkələrin bir sıra aspektləri demokratiyanın, insanlar arasındakı münasibətlərin hüceyrəsini dağıdır və burada “qəzəb” adlanan narkotiklə alver edilir.

Hoffman Mark Zukerberqi nəzərdə tutaraq “liderliyin olduca vacib olduğunu”, insanların şirkət üçün böyük əhəmiyyət daşıdığını da vurğulayıb. Onun sözlərinə görə, bu gün gənc yaşında bir çox yüksəklikləri fəth edən insanlar var, lakin onlar dünyada hansı şər toxumlarını səpdiklərini anlamırlar.

Coanna Hoffman vaxtilə “Apple” şirkətində də cəsarətli mövqeyi ilə seçilən qadınlardan olub. Hətta 2015-ci ildə çəkilən “Stiv Cobs” adlı filmdə onun obrazını məşhur aktrisa Keyt Uinslet canlandırıb. Hoffman burada Stiv Cobsun “sağ əli” kimi təqdim olunur.