Suriya Ərəb Respublikasının rəhbəri Bəşər Əsəd ölkənin baş naziri İmad Hamisi vəzifəsindən azad edib.

REN TV xəbər verir ki, bu barədə Suriya prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“Prezident Əsəd 2020-ci il ərzində 143-cü fərmanı ilə Nazirlər Kabinetinin başçısı İmad Muhəmməd Hamisi vəzifəsindən azad edib”, – deyə məlumatda bildirilir.

Qərarın səbəbi açıqlanmayıb.

İmad Hamis 2016-cı ilin iyun ayından hökumətə başçılıq edirdi.