Qvatemalada Böyük Britaniya alimləri ilə birgə araşdırma aparmaq üçün razılığa gələn mayyalı bilicini diri-diri yandırıblar.

Sondakika.com xəbər verir ki, 56 yaşlı Dominqo Çok Çe yerli sakinlər tərəfindən cadugərlikdə ittiham olunub.

Onun əllərini bağlayıb, üstünə benzin töküb, yandıraraq öldürüblər.

Ölkə başçısı Alexandro Qiammattey hadisə ilə bağlı araşdırmanın başladığını bildirib.