Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.
BAKU.WS xəbər verir ki, bir müddətdir qızıl yel xəstəliyindən əziyyət çəkən ifaçı yeriyə bilmir.
Aybəniz xanım sağlamlığında ciddi problem yaşadığını deyir:
“Ayaqlarımı yerə basa bilmirəm. Həkimin dediyinə görə, 4 günə iynələrim bitəcək və ayağımı yerə basa biləcəm. O möcüzə, görəsən, baş verəcəkmi? Allah hamınıza kömək olsun. Can sağlığı qədər vacib olan heç nə yox imiş. Allah heç birinizi çarəsiz duruma salmasın”.