Əminə Cabbar Ukrayna Xarici İşlər nazirinin birinci müavini vəzifəsinə təyin olunan ilk krım türkü olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Baş Nazirinin birinci müavini Dmitro Kuleba feysbuk hesabında məlumat verib: “Hökumət bir az əvvəl Əminə Cabbarı Baş Nazirin birinci müavini vəzifəsinə təyin edib. Komandamıza güclü oyunçu qoşulub”.

Kulebanın sözlərinə görə, Əminə Cabbar ictimai diplomatiya, beynəlxalq təşkilatlar, dövlət protokolu və Krım məsələsi üzrə istiqamətlərdə çalışacaq.

Qeyd edək ki, o, daha əvvəl Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyində çalışıb.

Ukrayna XİN-də ilk dəfə krım türkünə vəzifə verildi - FOTOLAR
Ukrayna XİN-də ilk dəfə krım türkünə vəzifə verildi - FOTOLAR
Ukrayna XİN-də ilk dəfə krım türkünə vəzifə verildi - FOTOLAR