“Milan”ın futbolçusu Samuel Katillexo xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Milanda silahlı hücuma məruz qalıb.

25 yaşlı oyunçu instaqram səhifəsi vasitəsilə ona hücum olunduğunu söyləyib: “İki oğlan məni qarət etdi. Üzümə silah çəkdilər. İndi hər şey yaxşıdır”.

Qeyd edək ki, Samuel Katillexo 2018-ci ildən “Milan”da çıxış edir.