Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı, instaqram fenomeni Aysel Şükürova növbəti dəfə qalmaqalla gündəmə gəlib.
Musavat.com xəbər verir ki, o, sosial şəbəkədə atası ilə bağlı başladılan cinayət işi haqda rəy yazan şəxsi və ailəsini təhqir edib. Daha sonra Cavid Rəcəbov adlı şəxsin ev və mobil nömrəsini paylaşıb.
A.Şükürovanın vətəndaşı təhqir etdiyi yazışmaları Bəxtiyar Hacıyev öz səhifəsində bölüşüb.
Aysel sözügedən addımı sosial şəbəkədə müzakirələrə səbəb olsa da, tənqid edilsə də, paylaşımını silməyib.
Qeyd edək ki, bir neçə il öncə Qüdrət Şükürovun qızı Ayselin toyuna 400 min manat xərclədiyi haqda məlumat yayılmışdı. Bundan sonra Q.Şükürov vəzifəsindən uzaqlaşdırılmışdı.
Onun haqqında 2018-ci ildə külli miqdarda pul mənimsəmə və vəzifə səlahiyyətindən sui-istifadə maddələri ilə cinayət işi başlanılıb.