Sosial şəbəkədə Bakıda sürücülər arasında baş verən insidentin görüntüləri yayılıb. 

Oxu.az xəbər verir ki, videoda “Mitsubishi” markalı avtomobilin xanım sürücüsünün “Niva”nın qarşısını kəsdiyi və maşını təpiklədiyi görünür.

Qəzəbli xanımın hərəkətlərinin səbəbi və hadisənin baş verdiyi vaxt məlum deyil.

“Niva”nın sürücüsü isə insident zamanı avtomobildən düşməyib.

Həmin görüntüləri təqdim edirik: