“Instagram” ulduzu Eşli Stokun üç yaşlı qızı beyin xərçəngindən altı həftə içində ölüb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Ötən ay 35 yaşlı bloqer qızının hərəkətlərində ləngimə müşahidə edib. Qızcığaz Los-Ancelesdəki uşaq xəstəxanasına aparılıb. Burada balaca Stividə beyin xərçənginin nadir rast gəlinən forması müəyyən olunub.

“Biz məhv olmuşuq, dağılmışıq. Ağlaya bilirəm və eybəcər göz yaşlarım mənim yeganə xilasım olub”, – deyə Eşli bildirib.