Xalq artisti Aygün Kazımova yeni zahiri görünüşündə yeniliklərlə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, sözün yaxşı mənasında “dondan dona girən” sənətçi imicini 180 dərəcə dəyişib.

Saçlarını müxtəlif formalara salıb, gah uzadıb, gah da qısaldan pop-diva bu dəfə onları tünd şabalıdı rəngə boyayıb.

Qısa saç düzümündə kamera önünə keçən A.Kazımova musiqisi Pərviz Mahmudova, sözləri isə Günər Əliyevə məxsus, bir il öncə ifa etdiyi “Paramparça” mahnısını akustik janrda təqdim edib.

Studiyada lentə alınan bəstənin videogörüntüləri Xalq artistinin rəsmi “YouTube” kanalında yayımlanıb.