Aprelin 27-dən qrup halında məşğələlər istisna olmaqla, fərdi tədris və repetitor xidmətləri bərpa olundu. Amma hələ də kursların fəaliyyət göstərməsi ilə bağlı qadağalar var.

Baku.TV xəbər verir ki, bir neçə müddətdir sosial izolasiya qaydalarına əməl olunmaqla kafe və restoranların fəaliyyəti saat 18:00-dək bərpa olunubsa, bəs nə üçün kurslar hələ də fəaliyyət göstərmir?

İndi ortaya bir sual çıxır. Ara məsafəsi saxlanmaqla, sosial izolasiya qaydalarına əməl etməklə, kursların fəaliyyəti bərpa oluna bilməzmi? Yəni gələcək nəyin və ya kimin üzərində qurulmalıdır? Yeyib-içməyin, yoxsa təhsil almış gəncliyin?

Buraxılış sinifləri olan şagirdlərin yaxın aylarda ali təhsil müəssisələrinə qəbul imtahanı verəcəklərini nəzərə alsaq, onlar üçün məşğələlərin nə dərəcədə vacib olduğunu başa düşmək çətin deyil. Elə müəllimlər də distant təhsilin o qədər də effektiv olmadığını, yaxın günlərdə mütləq şəkildə təhsillə bağlı olan qadağaların aradan götürülməsinin vacibliyini bildirirlər.

Məsələ ilə bağlı ətraflı ekspert fikirləri ilə süjetdə tanış ola bilərsiniz: