Azərbaycanlı sabiq deputatın qızı dələduzluq iddiası ilə Türkiyədə saxlanıldı - VİDEO

Türkiyə polisi Azərbaycanda axtarışda olan və özünü “keçmiş deputatın qızı, yüksək vəzifəli məmur” kimi təqdim edən Xalidə M. adlı Azərbaycan vətəndaşını saxlayıb.

“Milliyet” nəşri yazır ki, saxlanılan qadın bir çox adamı aldadaraq ümumilikdə bir milyon lirədən çox pulu dələduzluq yolu ilə ələ keçirib. Qadın səkkiz ilə yaxındır Türkiyədə yaşayır.

Xalidə M. tanış olduğu şəxslərə özünü Azərbaycanda yüksək vəzifə tutan məmur kimi təqdim edib və anasının keçmiş deputat olduğunu söyləyib.

Qadın Ankara polisinin Soyğunçuluq və Dələduzluqla Mübarizə Bürosunun əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.