Rusiya paytaxtının cənubundakı yaşayış komplekslərinin birinin avtomobil dayanacağında iki naməlum şəxs arasında baş vermiş silahlı insident zamanı bir nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “TASS” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Bildirilir ki, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Mənbənin verdiyi məlumata görə, insident zamanı tərəflərdən birinin 7,62 mm kalibrli “Saiga” ov silahından istifadə etdiyi ehtimal olunur. Ərazidən 7,62 mm və 9 mm kalibrli patronlara aid gilizlər aşkarlanıb.
Hazırda insidentin baş verdiyi yerdə istintaq qrupu çalışır. Polis insident iştirakçılarının axtarışını aparır.
***
Moskvanın Kaşirsk şosesindəki avtomobil dayanacağında baş vermiş atışmadan sonra bir neçə nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.
“Hazırda yaralı ilə birlikdə ümumilikdə doqquz nəfər saxlanılıb. Onlardan hər birinin hadisədə iştirakı müəyyənləşdirilir, – mənbə agentliyə bildirib.