Rusiya Futbol İttifaqının sabiq vitse-prezidenti, Ermənistanın “Ararat” klubunun keçmiş futbolçusu və baş məşqçisi Nikita Simonyanın Yerevandakı büstü oğurlanıb.
“Report”un “Urishfootball” nəşrinə istinadən məlumatına görə, naməlum şəxslər Simonyanla yanaşı, klubun digər keçmiş üzvləri – Robert Tsaqikyan, Onik Abramyan və Arutyun Keyeyanın da heykəllərini aparıblar.
“Razdan” stadionunun qarşısında yerləşən büstləri “Ararat-73” heykəltəraş qrupu komandanın 1973-cü ildə SSRİ çempionatını və kubokunu qazanması şərəfinə hazırlayıb.
Qeyd edək ki, Nikita Simonyan 1973/1974 və 1984/1985 mövsümlərində “Ararat”a başçılıq edib.