İŞİD-in yeni lideri saxlanıldı

İŞİD terror təşkilatının qurucu lideri Əbubəkr Bağdadinin öldürülməsindən sonra təşkilatın başına keçən Əbdülnasir Kardaşa qarşı əməliyyat keçirilib.

BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, İraq Kəşfiyyat Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Kardaş saxlanılıb.

Onun harada və hansı şəraitdə saxlanıldığı barədə isə məlumat verilməyib.

Qeyd edək ki, əsl adı Taha Əbdürrəhim Abdullah Bəkir əl-Qassani olan Əbdülnasir Kardaş 1967-ci ildə Ninovanın Təlafər qəsəbəsində doğulub. 2007-ci ildən etibarən İŞİD-də tutduğu vəzifələrdə yüksəlməyə başlayıb. Ən sonda Bağdadinin köməkçisi olub.

O, İraq və Suriyada bir çox qətliamlara rəhbərlik edib. Palmira, Hələb və Dəməşqi ələ keçirilməsi əməliyyatlarının başında olub.