Sosial şəbəkələrdə iki azərbaycanlının Ermənistanın paytaxtı İrəvanda yeni çəkdiyi video yayılıb.
BAKU.WS xəbər verir ki, həmin şəxslər İrəvanın mərkəzində rahat şəkildə gəziblər və görüntülər lentə alıblar.
Onlar söhbəti zamanı bu ifadələri də işlədiblər: “Biz yenə də qədim şəhərimiz olan İrəvandayıq. Pandemiya səbəbindən heç yerə çıxa bilmirik.
Həmvətənlərimizi 28 May – Respublika günü münasibətilə təbrik edirik. Söz verirəm ki, növbəti video Şuşada çəkiləcək. Ermənistan xüsusi xidmət orqanlarından olan cənablara isə demək istəyirəm ki, siz heç işləyə bilmirsiniz”.