Müğənni Nura Suri dördüncü dəfə ailə qurmağa hazır olduğunu deyir.
BAKU.WS xəbər verir ki, ifaçı ARB-də yayımlanan “Show News” verilişinə açıqlamasında bu barədə danışıb:
“Çox erkən ailə qurmuşam, çox tez valideyn olmuşam və çox tez böyümüşəm. Bir insanı sevməkçün təkcə surəti deyil, ağlı, xasiyyəti, ümumiyyətlə hər şeyi yerində olmalıdır. Kişilərdə mərhəmətli və səxavətli olmaq vacibdir. Xanımının qədrini bilən, ona dəyər verən biri olarsa, düşünərəm”.