İranın Ali dini lideri Ayətullah Əli Xamenei İordan çayının Qərb sahilində əhalinin Qəzzadakı kimi silahlanmalı olduğunu deyib.

“Anadolu” agentliyi bu barədə Xameneinin “Twitter” hesabında paylaşım etdiyini xəbər verir.

O qeyd edib ki, fələstinlilərin yaşadığı çətinlikləri azalda biləcək yeganə amil gücdür:

“Güzəştə getmək bu qəsbkar, pis və qurda bənzəyən quruluşun zalımlığını cüzi də olsa azaltmayacaq”.