Belçikada 2019/20 mövsümü başa çatdırılıb.

Oxu.Az xəbər verir ki, “Brügge” klubu çempion elan edilib.

Ən yaxın izləyicisindən 15 xal öndə olan “Brügge”yə qızıl medalların verilməsi qərara alınıb. Belçika Futbol Federasiyası sonuncu yerin sahibi “Beveren”in aşağı liqaya yuvarlandığını açıqlayıb.

Onun yerinə “Beerşot”, OHL və ya “Vesterlo” elitaya vəsiqə qazanacaq.

Qeyd edək ki, bu gün Kiprdə də mövsüm başa çatdırılıb. Lakin həmin ölkədə çempion elan olunmayıb.