Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Baxmayaraq ki , Respublika Günü münasibətilə təbrik məktubu ikitərəfli münasibətlərdə diplomatik ənənə xarakteri daşıyır. Donald Tramp məktubunda 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidentinə və xalqına Amerika xalqı adından səmimi salamlarını və təbriklərini çatdırır. Məktubda deyilir: “Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəkləyir. Birləşmiş Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. Bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirir, dəstəklənməsinə söz verdiyimiz demokratik idarəetməni təşviq edən, habelə hüquq və azadlıqları qoruyan bütün addımların atılmasına həvəsləndiririk. Koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş Ştatlar Azərbaycan xalqının yanındadır. Biz Minsk Qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakımızı davam etdirəcəyik. Xahiş edirəm, 28 May – Respublika Günü münasibətilə təbriklərimi və ən xoş arzularımı qəbul edəsiniz”.

Göründüyü kimi, Trampın məktubunda Azərbaycanın suvernliyinə birmənalı dəstək ifadə edilir. Eyni zamanda Tramp Azərbaycana Avropanın enerji təminatında oynadığı rola görə təşəkkürünü ifadə edir. Trampın bu mövqeyi həm də qondarma “DQR”-i tanıtmaq istəyən erməni lobbisinə tutarlı cavab kimi qəbul edə bilərik.
Burda bir haşiyə çıxım ki ABŞ prezidentinin budəfəki məktubunda diplomatik etiketə aid olmayan ştrixlər mövcuddur və bu ikitərəfli münasibətlərdə həssas məqamlar üzərindən tərtib olunub: “Bu məktubda da iki vacib ştrix var. Əvvəla, ABŞ Azərbaycanı Cənubi Qafqazın vacib ölkəsi kimi qəbul edir. Bu xüsusda Azərbaycanın Avropanın enerji təminatında oynadığı rol da yada salınır. Məktubun ana xəttini Azərbaycanın regiondakı inamlı roluna verilən qiymət təşkil edir. Ardınca Ermənistanın “DQR”-lə bağlı uydurduğu miflərə cavab gəlir. Ermənilər son iki il ərzində onları tərəf kimi danışıqlar prosesinə cəlb etmək istəyib. Müxtəlif variasiyalardı “DQR”-i müstəqil bir qurum kimi proseslərə qatmaq istəyirlər. Məktubda onların saxta iddialarına da cavab verilir. Azərbaycanın suverenliyinə ifadə olunan birmənalı dəstək elə ən gözəl cavabdır. Bununla erməni lobbisinin yaratmaq istədiyi psevdoreallıq da darmadağın edilir. Tramp mesaj verir ki, belə oyunlarda onlar yoxdur. Bizim ərazi bütövlüyümüzə verilən qiymət elə Ermənistanı işğalçı kimi tanımaq anlamına gəlir. Son illərin dəyişən reallıqları çərçivəsində bir çox beynəlxaql təşkilatların nüfuzlarını itirməsi ilə rastlaşırıq. ABŞ həm də mesaj verir ki, istənilən yenilənmənin fonunda onlar bizim ərazi bütövlüyümüzü tanıyacaqlar. Geniş mənada yanaşdıqda isə, hazırkı dönəmdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması həm də ABŞ-ın milli maraqlarına cavab verən məqamdır”.

Yeganə Hacıyeva

ABŞ-ın ən böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqaz, Azərbaycan və Gürcüstandır: “Azərbaycanın xüsusi çəkisi bu yöndə daha ağırdır. Azərbaycan Avropa və Asiya qitələrinin strateji komunikasiya xətlərinin kəsişdiyi, birləşdiyi bir nöqtədə yerləşir, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsi, Şərq_Qərb , Şimal-Cənub tranzitləri üzrə regiondan keçən nəqliyyat xəttləri çox önəmli rol oynayır. Söhbət tək neft və ya “mavi yanacaq”dan deyil, həm də diğər danınmalar və nəqliyyatdan söhbət gedir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən Cənub Qaz Dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. ABŞ qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. Bu, ABŞ administrasiyasının bölgə problemlərinə düzgün yanaşmasının ifadəsidir”.

Beynəlxalq münasibətlər üzrə ekspert
Yeganə Hacıyeva