Rusiyanın Şimali Osetiya bölgəsində bir qız atəş açmağı öyrənməsi ilə bağlı sosial şəbəkədə video paylaşıb.
Qız paylaşdığı videoya əlinə ilk dəfə silah götürməsi ilə bağlı şərh yazıb.
REN TV xəbər verir ki, o, qayalıq ərazidən ov silahı ilə sağa-sola atəş açıb.
Qızın sevgilisi ilə getdiyi ərazinin məşhur istirahət obyektinə aid olduğu qeyd edilir.
Video yayıldıqdan sonra, hüquq-mühafizə əməkdaşları qızı tapıb, onu və silahın sahibi olan sevgilisini böyük məbləğdə cərimə ediblər.
Bundan əlavə, polislər gəncdən “sayqa”nı (ov silahı) alıb, lisenziyasını ləğv ediblər.