Karate üzrə dünya çempionatının vaxtı erkən tarixə keçirilib.
Oxu.Az xəbər verir ki, bu haqda qərar Ümumdünya Karate Federasiyasının İdarə Heyətinin videokonfransı zamanı qəbul edilib.
Belə ki, bu il BƏƏ-nin Dubay şəhərində 17-22 noyabr tarixlərində keçirilməli olan dünya birinciliyinin 7-12 noyabrda baş tutması qərarı verilib.
Həmçinin yeniyetmələrin, gənclərin və 21 yaşadək karateçilərin dünya çempionatının 2021-ci ildə CAR-ın Keyptaun şəhərində keçirilməsi dəqiqləşib.