Bakıda sükan arxasında yuxulayan sürücü qəza törədib.
“MediaPost” xəbər verir ki, hadisə bir neçə gün əvvəl, səhər saatlarında paytaxtın Niyazi küçəsində qeydə alınıb.
Prezident Adminstrasiyası istiqamətindən “Azneft” dairəsinə doğru hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayıb. Nəticədə idarəetməni itirib. Avtomobil yoldan çıxaraq səkiyə çırpılır.
Yolun kənarında küçəni süpürən kommunal təsərrüfat işçisi son anda avtomobilin altından düşməkdən xilas olur.
Araşdırma zamanı sürücünün sükan arxasında yuxuladığı və qəzanın da məhz bu səbəbdən baş verdiyi məlum olub.