Pandemiya dövründə karantin, özünütəcrid, tənhalıq insanları darıxdırır. Buna görə sosial şəbəkələrdə maraqlı çellenclər, aksiyalar, tədbirlər keçirilir.

BAZA “Telegram” kanalının məlumatına görə, rusiyalı pilotun qeyri-adi addımı hər kəs tərəfindən maraqla qarşılanıb. Belə ki, Novosibirskdən olan gənc yüngül motorlu təyyarəsi ilə havada bir saat dövrə vurub.

“Flight Radar” servisinin köməyi ilə təyyarənin marşrutuna baxdıqda isə orada “A qde vse?” (“Bəs hər kəs haradadır?”) yazısını görmək olur.

Karantində darıxan pilot tənhalığını belə çatdırdı - FOTO