Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin şərq istiqamətində yerləşən hərbi hissələrinin birində erməni hərbi qulluqçu ölüb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, 21 yaşlı hərbçinin ölümünə səbəb güllə yarası olub.

Hadisə mayın 10-u saat 18:25-də baş verib.

Sasun Markaryan adlı əsgərin hansı şəraitdə ölməsi isə məlum deyil.

Faktla bağlı araşdırma aparılır.