Bakıda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

1978-ci il təvəllüdlü Moluyeva Səffinaz İsmayıl qızı qaynı tərəfindən döyülüb.

Zərərçəkən xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol əlin beşinci barmağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.