Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Mustafa Çingiz cərrahi əməliyyat keçirib.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında başlanan əməliyyat 10 saat çəkib, hazırda onun səhhətinin normal olduğu bildirilib.
Qeyd edək ki, səhhətində problem yaşayan Mustafa Çingiz bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.