Moskva metrosunda qadın bıçaqla hədələnib.
REN TV xəbər verir ki, hadisə “Krasnopresnenskaya” stansiyasının platformasında baş verib.
22 yaşlı oğlan bıçağı qızın boğazına dirəyərək onunla ayaqyoluna getməyi əmr edib.
Xoşbəxtlikdən, ətrafda olan sərnişinlər hadisəyə müdaxilə edərək qızı cinayətkarın əlindən alıblar.
Hadisəni törədən şəxs polisə verdiyi ifadədə bildirib ki, o, bu vasitə ilə qızla tanış olmaq istəyib.