Türkiyənin İstanbul şəhərində mağaza qarşısında çörək növbəsində qadınlar dalaşıb.
Sondakika.com xəbər verir ki, üç qadın naməlum səbəbdən bir-birini yerə yıxıb, saçlarını yolmağa başlayıblar.
Ətrafdakı insanlar onları güclə ayıra biliblər.
Maraqlıdır ki, dalaşan qadınlardan biri araya girən kişi ilə mübahisəyə də macal tapıb.