Rusiyada son günlər koronavirusa yoluxan uşaqların sayında artım var.

REN TV-nin məlumatına görə, bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.

Qurumun məlumatına görə, hazırda COVID-19 diaqnozu qoyulmuş 11 uşaq ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, daha iki uşaq isə ölüb.

Son məlumatlara görə, Rusiyada 114 431 nəfər koronavirusa yoluxub. Onlardan 1 169 nəfəri ölüb, 13 220 nəfəri sağalıb.