Dünyanın ən zəngin adamlarından biri olan İlon Mask öz əmlakının demək olar ki, hamısını satmaq niyyətindədir. Bu barədə o, özünün Twitter hesabında yazıb: “Mən özümün demək olar ki, bütün əmlakımı satıram. Mənin evim olmayacaq”.
Mask həmçinin yazıb ki, ona məxsus “Tesla” şirkətinin səhmlərini çox baha hesab edir. Şirkətin səhmlərinin dəyəri bu gün 71,81 dollar(9,8 faiz) azalaraq 710,07 dollar təşkil edib.
Bu günlərdə açıqlanan məlumatdan aydın olur ki, 2020-ci ilin 1 yanvarından 10 aprelinədək “Tesla” və SpaceX şirkətlərinin sahibinin sərvəti 5 milyard dollar artıb. Bunun əsas səbəblərindən biri “Tesla”nın süni tənəffüs aparatlarının istehsalına başlamasıdır.
Bloomberg-in hesablamalarına görə, Maskın sərvətinin həcmi 39,7 milyard dollardır. O, dünya zənginlərinin siyahısında 22-ci yerdə qərarlaşıb.
Musavat.com